ABŞ prezidenti Barak Obama 2007-ci ildən bu yana ilk dəfə soyqırım ifadəsini işlədib. ABŞ prezidenti Barak Obama 2007-ci ildən bu yana ilk dəfə soyqırım ifadəsini işlədib.

Obama ermənilərin arzusunu gözündə qoydu

ABŞ prezidenti Barak Obama 2007-ci ildən bu yana ilk dəfə soyqırım ifadəsini işlədib.



Axar.az xəbər verir ki, Obama bu ifadəni İraqda minlərlə xristianın müsəlman cihadçılar tərəfindən öldürüldüyü üçün işlədib.

"Biz bu soyqırım aktının qarşısını almaq üçün məsuliyyətli və diqqətli hərəkət etməliyik", - deyə Obama bildirib.

Barak Obamanın bu sözləri neçə illərdir qondarma soyqırımın tanınması həsrətində olan erməniləri əsəbləşdirib.

Qərbdə nəşr olunan bir çox erməni nəşrləri Obamanın bu açıqlamasına xüsusi üstünlük veriblər.

Fransada nəşr olunan "Nouvelles d`Arménie" jurnalı bildirib ki, bu ifadə illərdir həsrətlə gözləyən ermənilər üçün yox, İraqda müsəlmanlar tərəfindən öldürülən xristianlar üçün söylənilib.

AzNews.az