01:50
(077) 610-22-33

Ukraynada 106 məhkum həbsxanadan qaçdı - ŞOK

  • >
1 634 11 Avqust 2014 12:43 | Dünya

Ukraynanın Donetsk vilayətində çoxlu sayda məhkum cəzaçəkmə müəssisəsindən qaçıb.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri UNİAN saytı Donetsk şəhər Sovetinin mətbuat xidmətinə istinadən verib.

Xəbərdə bildirilib ki, avqustun 10-da Donetsk vilayəti Kirov rayonu ərazisində yerləşən 124 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin yaxınlığında separatçılarla gedən döyüş zamanı top mərmisi həbsxaya düşüb. Nəticədə cəzaçəkmə müəssisəsinin divarı dağılıb.

Bombardıman zamanı məhkum və nəzarətçilərdən 18 nəfəri ölüb. Müəssisədə cəza çəkən 106 məhkum isə vəziyyətdə istifadə edərək, həbsxanadan qaça bilib.

Məhəmməd
AzNews.az
Bağla X