15:04
(077) 610-22-33

Hindistan və Pakistanda təbii fəlakət: 450 kənd su altında qalıb, 400 nəfər ölüb

  • >
1 111 9 Sentyabr 2014 13:43 | Dünya

Hindistan və Pakistanda son bir neçə gündə davam edən daşqınlar nəticəsində ölənlərin sayı ümumilikdə 400-ə çatıb. Ölənlərin 120-si Hindistanın nəzarəti altında olan və Pakistanla mübahisəli Kəşmir bölgəsinin sakinləridir.

Musavat.com Associated Press-ə istinadən xəbr verir ki, Kəşmirdə daşqın minlərlə sakinin evlərində və damların üstündə təcrid olmasına səbəb olub. Onların xilas edilməsi üçün xilasedicilərlə yanaşı, xeyli sayda hərbçi də cəlb olunub. Kəşmirdə son 50 ilin ən güclü daşqını elektrik enerjisi naqillərinə, telefon xətlərinə ziyan vurub və on minlərlə sakini kommunikasiya vasitələrsiz qoyub.

Regionun ən böyük şəhəri olan Şrinaqar yaxınlığında onlarla insan kəndirin köməyilə çayı keçərək xilas ola bilib. Şəhərin böyük bir hissəsi su altında qalıb.

Təkcə Kəşmirdə 450 kənd su altında qalıb, 2000-ə yaxın kəndə qismən ziyan dəyib.

Bölgədə bütün məktəblər, universitetlər və iş yerləri bağlanıb, içməli su və elektrik enerjisi təchizatı məhdudlaşdırılıb.

AzNews.az
Bağla X