ABŞ İŞİD qruplaşmasını məhv etmək üçün İraqa quru qoşunlar göndərə bilər. ABŞ İŞİD qruplaşmasını məhv etmək üçün İraqa quru qoşunlar göndərə bilər.

ABŞ yenidən İraqa qoşun yeridir

ABŞ İŞİD qruplaşmasını məhv etmək üçün İraqa quru qoşunlar göndərə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin generalı Martin Dempsi açıqlama verib.

Onun sözlərinə görə, terrorçulara qarşı mübarizədə ABŞ-ın hərbi müşavirlərinin İraq döyüşçülərini müşayiət etməsinə ehtiyac yaransa, bunu prezident Barak Obamaya tövsiyə edəcək:

"Əgər İŞİD-in hədəflərinə qarşı hücumlar zamanı bizim müşavirlərin İraq əsgərlərini müşayiət etməsinə ehtiyac olacaq bir məqam yetişsə, mən bunu prezidentə tövsiyə edəcəyəm", deyə general bildirib.

Qeyd edək ki, Barak Obama İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayan zaman Birləşmiş Ştatların əməliyyatları genişləndirəcəyini, lakin ABŞ-ın quruda əməliyyatlar keçirməyəcəyini bildirmişdi.

AzNews.az