06:18
(077) 610-22-33

Putin Krımı hansı səbəbdən tutduğunu açıqladı - Sənədli filmdə

  • >
2 654 10 Mart 2015 12:11 | Dünya

Rusiya prezidenti Vladimir Putin Krımı hansı səbəbdən tutduğunu açıqlayıb.

O, bu haqda "Rossiya 1" telekanalında yayımlanan "Krım. Vətənə doğru yol" adlı sənədli filmində deyib.

AZNEWS.AZ xəbər verir ki, filmdə Putin Krımın necə azad edildiyinin detallarından danışıb.

"Krım orda fəaliyyət göstərən millətçilərin əlinə keçə bilərdi. Bunun isə qarşısını almaq lazım idi. İdeyamızın tam gerçəkləşməsinə Ukraynadakı siyasi hadisələr təkan verdi. Ona görə də Krımın geri qaytarılması planı üzərində işlədik. Millətçilər ordakı insanlara rahat yaşamaq imkanı vermirdilər. Krımı yarımadada yaşayan sadə insanların istəyilə geri aldıq. Öncə sorğu keçirdik. Öyrəndik ki, Krım əhalisinin 75 faizi Rusiya ilə birləşmək istəyir. Son nəticə isə hamıya aydındır. Hər şeyi referendum həll etdi. Əgər onlar Ukraynanın tərkibində qalmaq istəsəydilər, bununla razılaşardıq. Əks halda isə onları tək qoya bilməzdik", - deyə Rusiya prezidenti vurğulayıb.

Bağla X