20:39
(077) 610-22-33

“Putindən qurtulmağın tək yolu inqilabdır” – Kasparov

  • >
1 537 11 Mart 2015 11:25 | Dünya

Rusiyalı müxalifətçi və qrossmeyster, hazırda ABŞ-da mühacirətdə olan Harri Kasparov Rusiya prezidenti Vladimir Putinə qarşı sərt sözlər işlədib.



AzNews.az xəbər verir ki, şahmat üzrə 13-cü dünya çempionu "El Mundo"ya müsahibəsində Rusiyada dəyişikliyə necə nail olmaq mövzusuna toxunub.

O, Putini qan axıdılmadan devirməyin mümkün olmadığını deyib:
"Putin bacardığı qədər öz kreslosundan ayrılmayacaq. Ondan qurtulmağın tək yolu inqilabdır. Lakin bunun üçün Putinin siyasətini daxildən parçalamaq lazımdır".

Kasparov əlavə edib ki, Rusiyada inqilab üçün şərait yalnız iqtisadi və mənəvi dəyərlərin hədsiz dərəcədə aşağı düşəcəyi halda yarana bilər.
Bağla X