12:53
(077) 610-22-33

ABŞ yarım milyardlıq silahını itirdi - Şok

  • >
2 893 18 Mart 2015 22:51 | Dünya

ABŞ ordusunun rəsmiləri 2007-ci ildən bu yana Yəmən hökumətinə göndərilən 500 milyon dollar dəyərindəki silahların izini itirdiklərini etiraf ediblər.



Axar.az xəbər verir ki, Pentaqon bu ilin yanvarında Yəməndə hakimiyyətin Husilərin əlinə keçməsindən sonra bu ölkəyə göndərilən silahların təqibini apara bilməyib. ABŞ-ın Yəməndəki səfirliyinin bağlanmasından və hərbi məsləhətçilərin geri çağırılmasından sonra isə vəziyyət daha da pisləşib.

"Vaşinqton Post" qəzetinə açıqlama verən mənbə yardımların tamamilə təhlükədə olduğunu və silahların itdiyini deyib.

Qeyd edək ki, 500 milyon dollarlıq silahın itməsindən sonra ABŞ-ın Yəmən üçün nəzərdə tutduğu 125 milyon dollarlıq növbəti silah yardımı dayandırılıb.
Bağla X