- Köhnə - Dünya
- 20 Mart 2015 21:59
- 3 478
Qatar qəzasında ölənlərin sayı 38-ə çatdı
Hindistanda qatar qəzasında ölənlərin sayı 38-ə çatıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Qəza nəticəsində 350 nəfərin isə yaralandığı deyilir.
Hadisə Uttar-Pradeş ştatının Ray-Bareli şəhəri yaxınlığında qeydə alınıb. Dehradundan Varanasiyə gedən sərnişin qatarının lokomotivi və iki vaqonu relsdən çıxıb.
Hindistanın Dəmiryolu Nazirliyi faciənin hansı səbəbdən baş verdiyini araşdırır. İlkin versiyaya görə qəza əyləc sisteminin işləməməsinə görə olub.
Ölənlərin hər birinin ailəsi 3 min dollar, yaralılar isə 800 dollara yaxın kompensasiya alacaq.