“Germanwings” şirkətinə məxsus olan Airbus320 sərnişin təyyarəsi Düsseldorf şəhərinə uçuşdan öncə İspaniyanın Barselona aeroportunda 26 dəqiqə gecikib. “Germanwings” şirkətinə məxsus olan Airbus320 sərnişin təyyarəsi Düsseldorf şəhərinə uçuşdan öncə İspaniyanın Barselona aeroportunda 26 dəqiqə gecikib.

Qəzaya düşən təyyarə Barselonada 26 dəqiqə gecikib -VİDEOLAR

“Germanwings” şirkətinə məxsus olan Airbus320 sərnişin təyyarəsi Düsseldorf şəhərinə uçuşdan öncə İspaniyanın Barselona aeroportunda 26 dəqiqə gecikib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Almaniyanın "Bild" nəşri yayıb.
Təyyarənin hansı səbəbdən gecikdiyi haqda əlavə məlumat verilmir.

Qeyd edək ki, "4U9525" reysilə uçan təyyarə Barselona şəhərində yerli vaxtla saat 9.35 radələrində havaya uçmalı idi, ancaq naməlum səbəbdən onun uçuşu 26 dəqiqə gecikib və təyyarə saat 10.01-də havaya qalxıb.

Sərnişin təyyarəsi Almaniyada saat 11.55 radələrində yerə enməli idi.
Bir daha xatırladaq ki, Fransanın Alp dağlarında qəzaya düşən təyyarədə 142 sərnişin, 8 nəfər isə ekipaj üzvü olub.
Onların hamısının öldüyü deyilir.
Bu faktı Fransa prezidenti Fransua Olland təsdiq edib.

Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.