11:07
(077) 610-22-33

İrandan Ankaraya sərt cavab

  • >
2 554 27 Mart 2015 17:00 | Dünya

Prezident Rəcəb Tayyib Ərdoğanın İranın bölgədəki mövqeyini tənqid edən ifadələrinə İranın reaksiyası sərt olub.



Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, İran və dünya gücləri arasında Tehranın nüvə proqramı mövzusunda həyata keçirilən müzakirələr çərçivəsində İsveçrənin Lozanna şəhərində olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Ərdoğanın İranı tənqid edən sözlərini qiymətləndirib.

İran dövlət televiziyasının xəbərinə görə, Zərif deyib: "Strateji səhvlər və ehtiraslı siyasətlə bölgədə xoşagəlməz ziyanlara səbəb olanlar məsuliyyətli olaraq imkanlarını sülh və əmin-amanlığın təmin edilməsində istifadə etsələr yaxşı olar".

İranlı nazir deyib ki, müxtəlif sahələrdə strateji əlaqələrimizi böyük əhəmiyyət verib Türkiyəyə hörmət duyuruq: "Mövcud şərtlərdə bütün ölkələr bölgədə sabitliyin təmin edilməsi üçün hərəkət edilməlidir".

Zərifin sözlərinə görə, İran Yəmənin ərazi bütövlüyünün təmin edilməsi və bu ölkəyə sabitlik və təhlükəsizliyin dönməsi üçün bölgədəki bütün qardaşlarının iştirakı ilə bu ölkədəki müxtəlif qruplar arasındakı dialoqu asanlaşdıra bilər.
Bağla X