05:36
(077) 610-22-33

ABŞ-da qasırğa tüğyan edir

  • >
2 345 5 May 2017 11:32 | Günün fotosu

ABŞ-ın Corciya ştatında tornado 5 nəfərə xəsarət yetirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Corciya ştatında şiddətli qasırğa dağıntılar törədib.

Əsasən, Qarden Siti şəhərində 20-ə yaxın tikiliyə ziyan dəyib.

Qasırğa, eyni zamanda, avtomobil hissələri satan marketə də ziyan vurub.

Qasırğanın sürəti saatda 180 kilometrə çatıb. Güclü külək ağacları kökündən çıxarıb, onlarla avtomobilləri aşırıb.

Qasırğa nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. 900-dən çox evin elektrik enerjisi kəsilib. Şəhər rəhbərliyi qasırğanın törətdiyi dağıntıları aradan qaldırmağa çalışır.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X