10:15
(077) 610-22-33

Müasir dəbin ən qeyri-adi yenilikləri- FOTO

  • >
8 024 23 May 2017 11:51 | Günün fotosu

Dünyanın aparıcı və ən bahalı geyim brendləri son illər qeyri-adi kolleksiyalar nümayiş etdirir. Bu yeniliklərin nə qədər göz oxşadığı isə zövq məsələsidir.

AzNews.az həmin qeyri-adi yeniliklərdən bir neçəsini təqdim edir:

1.Şəffaf cinslər (Topshop)

Bu cins şalvarlar şəffaf platikdən hazırlanıb. Qiyməti təxminən 100 dollardır. Bu geyimlər, əsasən, ziyafət və karnavallar üçün nəzərdə tutulub. Dizaynerlər bu materialdan olan şalvarları gündəlik geyinmək istəyənlərə altından qısa şort geyinməyi məsləhət görür. Topshop brendinin istehsal etdiyi bu şəffaf şalvarlar bir çox insanın narazılığına səbəb olub.

2. Palçıq dizaynlı cins. (PRPS)

Qiyməti təqribən 425 dollara olan və üzərində palçıq effekti yaradılmış bu cins şalvarlar kişilər üçün nəzərdə tutulub. Şalvarın devizi: “Çirklənməkdən qorxmayın!”

3. Ucuz polietilen market çantalarını xatırladan “Arena” çantaları. (Balenciage)

Qiyməti 2145 dollar olan bu çanta həddindən artıq böyükdür və adətən parlaq rənglərdə istehsal olunub. İkea supermarketlər şəbəkəsində bu çantalar təxminən 99 sentə satılır. Marketlər şəbəkəsi bu brendlə bağlı yaydığı açıqlamada “Balenciaga brendinin bizim çantalarımızdan ilhamlanması ilə fəxr edirik” yazılıb.

4. Corablı sandallar. (Gucci)

Hazırda corabla sandal geyinmək dəbini özündə əks etdirən məşhur Gucci brendinin bu istehsalı təqribən 1190 dollardır. Sosial şəbəkə istehsalçıları bu sandalı görünüşcə çox eybəcər adlandırıblar.

5. “Məhv olmuş” idman ayaqqabıları. (Masion Margiela)

Bu idman ayaqqabılarını sanki it parçalayıb. Hər tərəfi cırıq-cırıq olan bu ayaqqabıların qiyməti 1425 dollardır. İtaliyan istehsalı bu hündür boğazlı idman ayaqqabılarının dərisinin hər tərəfində cızıq izləri var.

6. Arxası cırıq cins şalvar. (Vetements)

Məşhur Levi”s brendi ilə əməkdaşlıq nəticəsində Vetements şirkəti cins şalvar dəbində yenilik edib. Qiyməti 1880 dollar olan bu cins şalvarın qeyri-adiliyi onun arxasında da zamokunun olmasıdır. Yəni, bu şalvarı geyinən şəxs şalvarın arxadan cırılmayacağına əmin ola bilər. Çünki lazım olanda həmin zamoku açmaq mümkündür.

7. “Odeyal saxlamaq üçün çexol” çantaları. (Balenciaga)

Balenciaga brendinin bu son istehsalı gülüş hədəfinə çevrilib. Bu çantalar “əyləncəli və axmaq” dəbinin sevərləri üçün istehsal edilib. Demək olar ki, hamının evində təsadüf olunun bu yeni çanatının qiyməti 3670 dollardır.

8. Tərs geyinilmiş cins şalvar. “Ben Taverniti”

Tərs üzünə geyinilmiş təəsürratı yaradan məşhur brendin istehsalı olan cins şalvarın qiyməti 1000 dollardır. Bu şalvarda hər şey- ciblər, düymələr tərsinə çevrilib. Şalvarın sağ cibində “Yeni nəsə yaratmaq üçün, köhnə nəyisə məhv etmək lazımdır” sözləri yazılıb. Əgər siz ağıllı alıcısınızsa, sadəcə evinizdə olan cins şalvarı tərs üzünə çevirərək də geyinə bilərsiniz.

9. DHL köynəkləri. (Vetements)

Vetements brendinin istehsal etdiyi bu köynəkləri adətən kuryer xidməti göstərən DHL şirkətinin əməkdaşları geyinir. Bu köynəklərin qiyməti isə 266 dollardır. Köynəyin üzərində DHL şirkətinin brendi əks olunub. Amma bu köynəklərə qoyulan qiymət ictimaiyyət arasında müzakirələrə səbəb olub, insanlar bu qiyməti çox baha hesab edirlər.

10. Analar üçün motocinslər. (Topshop)

Topshop brendi 2017-ci ildə analar üçün motocins istehsal edib. Bu cins şalavrın qeyri-adiliyi onun diz hissəsinin şəffaf plastikdən olmasıdır. Bu isə azyaşlı uşaq sahibi olan anaların hərəkət etməsi yerdə oturması üçün münasibdir.

AzNews.az

Top xəbərlər
Bağla X