06:17
(077) 610-22-33

Əlillərin yerini sökdülər - yeni avtobuslarda (FOTO)

  • >
2 605 14 Mart 2015 10:53 | Günün fotosu

Paytaxta yeni gətirilən avtobusda əlillər üçün nəzərdə tutulan yerlər sökülüb.

AzNews.az xəbər verir ki, bu barədə 101 FM-in aparıcısı Əzizə İsmayılova Facebook hesabında yazıb.

Hadisə 88 saylı marşrutda baş verib. Ə. İsmayılovanın sözlərinə görə sürücü avtobusa çox adam yerləşsin deyə bu addımı atıb. Bu barədə sürücü özü deyib.

Xanım aparıcı bu özbaşınalığın səbəbini öyrənmək üçün xəttin rəhbəri Etibar adlı şəxslə əlaqə saxlayıb. Xəttin rəhbəri belə şeyin mümkün olmadığını, sökülən yerlərin sabahdan etibarən bərpa olunacağını deyib.


Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, ötən ilin dekabrında ölkəyə 50-ə yaxın yeni avtobus gətirilib.
Avtobusların özəlliklərindən biri də fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrin ayrılmasıdır.



Bağla X