14:04
(077) 610-22-33

Türkiyə terrorçularının kimliyi bəlli oldu – FOTO

  • >
2 789 1 Aprel 2015 09:24 | Günün fotosu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu prokuror Mehmet Səlim Kirazın şəhid xəbəri ilə birlikdə terrorçuların da kimliklərini açıqlayıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "ajanshaber" saytı yayıb.

Əhməd Davudoğlu çıxışında deyib ki, türk xalqı qəhrəman prokurorun şəhid edilməsindən sonra fərqli fikirləri bir kənara qoyub çiyin-çiyinə olmalıdır:
"Bu vəzifəni daşımaq həm də medianın üzərinə düşür. Terrorçuların kimlikləri də müəyyən edilib. Bunlar - 1991-ci il təvəllüdlü, Zonquldakdan olan Şəfəq Yayla və 1987-ci il təvəllüdlü, Ərdahandan olan Bəxtiyar Doğruyoldur".

Baş nazir sözlərini belə davam edib: "Biz dövlət olaraq bu təcavüzü təkcə hörmətli prokuror Mehmet Səlim Kiraza qarşı bir hücum kimi deyil, eyni zamanda türk məhkəməsinə, türk demokratiyasına, Türkiyədəki bütün vətəndaşlarımıza yönələn bir hücum kimi görürük. Cəmiyyətimizi sakitliyə və bu cür alçaqcasına hücumlar qarşısında birlik və bərabərliyə dəvət edirəm".

Qeyd edək ki, prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçulara qarşı əməliyyat hadisədən 6 saat sonra başlayıb.

Əməliyyatda hər iki terrorçu öldürülüb.

Qarnından və başından yaralanan prokuror da şəhid olub.

Bağla X