16:53
(077) 610-22-33

Toyda şirədən zəhərlənmə - 40 nəfər xəstəxanalıq oldu (Yenilənib)

  • >
3 474 23 Avqust 2016 22:31 | Hadisə

Bu gün axşam saatlarında Göyçay rayonunun Yekəxana kəndində təşkil edilən toy mərasimində qidadan zəhərlənən şəxslərdən 22 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 9 nəfər isə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


AzNews.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumata görə, Yekəxana kənd sakinləri olan 25 nəfər-Elvin Şəmiyev, Qoşqar Quliyev, Nemət Şəmiyev, Rahilə Şəmiyeva, Gülnaz Təvəkkülova, Ruslan Hüseynov, Samirə Hüseynova, Yeganə Hüseynova, Hüseyn Hüseynov, Qoşqar Rəşidov, Qənirə Əzizova, Rəna İbadova, Şahin Ağamalıyev, Saday Şəmiyev, Təranə Hüseynova, Cəfər Hüseynov, Mürşüd Hüseynov, Kifayət Əmirova, Ədil Kərəmov, Sərvər Kərimov, Rza Talıbov, İlham Tapdıqov, Akif Hüseynov, Elnur Məmmədov, Xədicə Hüseynova toy mərasimində meyvə şirəsi içdikdən sonra qəflətən yaranan qızdırma, ürək bulanma və işləmə-qusma əlamətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıblar.

Hazırda onların müalicəsi davam etdirilir. Zərərçəkənlərdən 6 nəfər isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları toy mərasiminin keçirildiyi yerdədirlər. Kütləvi zəhərlənməyə səbəb olan meyvə şirələrindən yoxlama üçün nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır.


***
18:42

Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.

Toyda 40-a yaxın vətəndaş zəhərlənib.

Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Ehtimallara görə, zəhərlənmənin toyda verilən şirələrdən qeydə alınıb.

Hazırda araşdırma aparılır.

Report.az
Bağla X