20:51
(077) 610-22-33

Bakı Metropolitenində TƏHLÜKƏ

  • >
525 4 Dekabr 2012 11:50 | Hadisə

Qatar idarəetməni itirdi, sərnişinlər təcili evakuasiya olundu



Bu gün Bakı metropolitenində insident baş verib. Sərnişinlərin verdiyi məlumata görə, metronun "28 May" stansiyasında qatarda olan bütün sərnişinlərdən vaqonları tərk etmək xahiş olunub. Sərnişinlər qatarları tərk etdikdən sonra dərhal metrodan evakuasiya ediliblər. Sərnişinlərə evakuasiyanın səbəbi açıqlanmayıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov APA-ya açıqlamasında metroda yaşanmış problemi təsdiqləyib. O, qeyd edib ki, metronun "İçərişəhər" stansiyasında hərəkətdə olan qatar idarəetməni itirib: "Bu səbəbdən sərnişinlər həmin qatardan boşaldılıb. Xəttə yeni qatar buraxıldıqdan sonra hərəkət bərpa edilib". E. Muradov hazırda metronun normal rejimdə fəaliyyət göstərdiyini deyib.

AzNews.az
Bağla X