22:45
(077) 610-22-33

Timsah uşağı yedi

  • >
578 5 Dekabr 2012 08:13 | Hadisə

Bu son iki həftədə ikinci hadisədir



Avstraliyada insanları qorxuya salan hadisə baş verib. Timsah 9 yaşlı oğlanı aparıb. Hazırda polis uşağın axtarışı ilə məşğul olur.
"USA Today"in məlumatına görə, xilasedicilər uşağın sağ tapılacağına ümid etmirlər. Ən dəhşətlisi isə bunun son 2 həftədə ikinci belə hadisə olmasıdır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaq timsahın hücumuna suda çimərkən məruz qalıb. Yaxınları onu timsahdan xilas etmək istəsələr də, buna nail ola bilməyiblər və timsah uşağı suyun dərinliklərinə aparıb.

Hadisə baş verən ərazidə timsah daha əvvəl 7 yaşlı qıza hücum edib. O zaman timsahı tutsalar da, qızı xilas etmək mümkün olmayıb.

Elnarə
AzNews.az
Bağla X