Hacı Murad Yegizarov xəstəxanaya yerləşdirildi Hacı Murad Yegizarov xəstəxanaya yerləşdirildi

Xalq artisti sətəlcəmə tutuldu

Hacı Murad Yegizarov xəstəxanaya yerləşdirildi



Rus Dram Teatrının aktyoru, xalq artisti Hacı Murad Yegizarov bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Üç gün davam edən güclü hərarətdən sonra həkimə müraciət edən aktyor bu barədə Kulis.Az-a açıqlama verib: "Yoxlama nəticəsində məlum olub ki, ciyərlərim ikitərəfli soyuqlayıb, bir sözlə sətəlcəm olmuşam. İndi xəstəxanadayam, hələ on gün müalicə olunmalıyam".

Hacı Murad Yegizarov Almaniyada yaşayır. Rus Dram Teatrında hazırlanan "Yeddi gözəl" tamaşasında rol alan H. Yegizarov tamaşanın məşqlərində iştirak etmək üçün Bakıya gəlib.

"Ögey ana", "Ən vacib müsahibə", "O qızı tapın", "Böyük dayaq", "Bir cənub şəhərində" və başqa filmlərə çəkilən aktyor daha çox "Arşın mal alan" filmindəki Süleyman bəy obrazı ilə yaddaşlarda qalıb.

Allah şəfa versin.

AzNews.az