00:34
(077) 610-22-33

3 yaşlı uşaq anasını bıçaqladı - Bakıda

  • >
5 879 2 Fevral 2017 16:44 | Hadisə

Bakıda ehtiyatsızlıq ucbatından azyaşlı uşaq anasına bıçaqla xəsarət yetirib. Hadisə bu gün günorta saatlarında Tofiq Abbasov küçəsi 38, bina 7, mənzil 90-da qeydə alınıb.

SalamNews xəbər verir ki, 1982-ci il təvəllüdlü Əkbərova Səbinə Pirəli qızı 3 yaşlı övladı tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına gətirilib. İlkin müayinələr zamanı 35 yaşlı qadının sağ sarğı nahiyyəsindən xəsarət aldığı məlum olub. Yaralıya tibbi yardım göstərilib və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsinə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, Səbinə Əkbərovanın övladı nevroloji xəstədir və bıçağı da stolun üzərindən götürərək hadisəni törədib. Zərərçəkmişin sözlərinə görə, o, ehtiyatsızlıq edərək mətbəx bıçağını uşağın əli çatan yerdə qoyub, hadisə də bu zaman baş verib.

AzNews.az

Bağla X