20:37
(077) 610-22-33

ŞOK! Doğum zamanı uşağın başı qopdu

  • >
156 6 Fevral 2013 07:55 | Hadisə



Türkiyənin Hakkari bölgəsində inanılmaz hadisə baş verib. Dövlət xəstəxanasında dünyaya uşaq gətirən Ayşə Ərdinin övladının başı doğum zamanı qopub və uşaq ölüb. Belə bir iddia ilə Ərdin ailəsi çıxış edib. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşağın başının məhz doktorların günahı ucbatından qopduğunu deyən ailə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Qadının həyat yoldaşı Murad Ərdilin sözlərinə görə, uşağın başı qopduqdan sonra yenidən doktorlar tərəfindən
yerinə tikilib və uşağın ölü doğulduğu bildirilib:

"Doğum zamanı təşviş yarandı. Doktor məni çağırıb uşağın başının qopduğunu və xanımın da bu səbəbdən həyatının risk altında olduğunu dedi. Uşağın qalan hissəni çıxartdılar. Sonradan uşağın başını bədənə tikib morqa apardılar. Bundan 5 il öncə də doğum zamanı uşağım qolu qopmuş halda dünyaya gəlmişdi. Bu dəfə isə uşağın başı qopdu. Bu cinayətdir".
Elnarə
AzNews.az
Bağla X