00:52
(077) 610-22-33

Bakıda gəmi yandı

  • >
1 848 8 Fevral 2013 08:41 | Hadisə

Səbail rayonunda dalğıc gəmisinin göyərtəsində yanğın baş verib




Bakı şəhəri, Səbail rayonunda istismara yararsız kəsilməkdə olan ümumi sahəsi 4125 kv.m olan "Siyəzən" dalğıc gəmisinin göyərtəsində yanğın baş verib. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, göyərtədə yerləşən kayutların yanar konstruksiyaları 230 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi, gəminin göyərtəsində olan 40 ədəd oksigen və propan balonları yanğından mühafizə olunub.

Elnarə
AzNews.az


AzNews.az
Bağla X