14:08
(077) 610-22-33

Oğul anasını vəhşicəsinə döydü - Bakıda

  • >
2 890 24 May 2017 10:52 | Hadisə

Bakıda anasını qəddarcasına döyən oğul barəsində cinayət işi açılıb.

Lent.az xəbər verir ki, dünən Binəqədi rayon Biləcəri qəsəbə sakini 1940-cı il təvəllüdlü Yusifova Əsmər Piri qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onu oğlu Telman Yusifov amansızlıqla döyüb.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları anasını vəhşicəsinə döyən oğulu saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Araşdırma aparılır.

AzNews.az

Bağla X