21:50
(077) 610-22-33

İki nəfərə atəş açdı - Qıraqda dayanan yaralandı

  • >
1 413 27 May 2017 14:25 | Hadisə

Füzuli rayonunun Araz Yağlıvənd kəndi ərazisində silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 26-da Füzuli rayonunun Araz Yağlıvənd kəndi ərazisində kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.

N.Hümbətov Füzuli RPŞ-nin əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “Maqnum” markalı ov tüfəngi götürülüb.

Bağla X