04:07
(077) 610-22-33

Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - Bakıda + Fotolar

  • >
18 087 30 May 2017 17:11 | Hadisə

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Unikal.org bildirir ki, hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərəinə görə, İ. Məhərrəmov Budo idman növü üzrə Dünya və Avropa çempionudur.

İ.Məhərrəmov xarakter etibarı ilə sakit, yaxşı idmançı olub. Yaşı az olmasına baxmayaraq dəfələrlə bir sıra idman növləri üzrə yüksək nəticələr əldə edib. Mərhum Dağıstanda universitetlərin birində bədən tərbiyasi istiqaməti üzrə təhsil alırmış. İftixcarın atası Taleh Məhərrəmov da idmançıdır.

İtaliyanın Verona şəhərində döyüş növləri üzrə dünya çempionatında İftixar Məhərrəmov 71 kq çəki dərəcəsində "free kontakt" versiyasında gümüş medal qazanıb.

AzNews.az

Bağla X