- Köhnə - Hadisə
- 24 İyun 2017 20:47
- 2 762
Maşın maneəyə çırpıldı - Yaralanan var
Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 106-cı km-də baş verib. "Mercedes" markalı maşın maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb. Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Mustafayev Ayxan Mehman oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması qoyulub.
Fakt araşdırılır.
AzNews.az