00:27
(077) 610-22-33

Nazirlər Kabinetinin “əməkdaşı“na cinayət işi başlandı

  • >
364 23 Fevral 2013 11:15 | Hadisə

Azərbaycanda özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən şəxs barəsində cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Ramil Həsənzadənin vəzifəli şəxslərin adlarından istifadə etməklə özünü mövcud olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yardım Məsələləri üzrə Dövlət Komissiyasının üzvü kimi təqdim edib, dövlət yardımı ayrılacağı adı ilə Sumqayıt-Bakı yolunun kənarındakı evlərdən birində yaşayan Cəbrayıl rayon sakini Aqil Həsənovdan 17500 manat, Binə qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Barat Məhərrəmovdan isə 33600 manat pul alması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

AzNews.az
Bağla X