İsmayıllı və Yexlax rayonlarında yanğın qeydə alınıb. İsmayıllı və Yexlax rayonlarında yanğın qeydə alınıb.

İsmayıllı və Yexlaxda yanğın olub

İsmayıllı və Yexlax rayonlarında yanğın qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, İsmayıllı rayonu, Basqal kəndində ümumi sahəsi 96 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 96 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Yevlax rayonu, Qaraoğlan kəndində də yanğın olub. Ümumi sahəsi 256 m2 olan ikimərtəbəli 8 otaqlı evin çardağı 20 m2 sahədə və 1-ci mərtəbədə 1 otağın yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.