08:38
(077) 610-22-33

Gəncədə iki qadın dəm qazından zəhərləndi

  • >
338 4 Mart 2013 12:52 | Hadisə

Gəncədə dəm qazından zəhərlənmə faktları baş verib. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Günel İlyasova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan G.İlyasovanı xilas etmək mümkün olub.

Başqa bir dəm qazından zəhərlənmə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. 1980-ci il təvəllüdlü Gülbəniz Məmmədovanın da evin hamamında dəm qazından zəhərləndiyi bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən G. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az
Bağla X