Qubada güclü yanğın – Yeniləndi


Qurbanın Zərdabi kəndində iki mərtəbəli ev yanır. Axşam saat 20.10 radələrində başlayan yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin 4 yanğınsöndürmə maşını cəlb olunub.

AzNews.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, ilkin ehtimalara görə, yanğına elektrik naqillərində qısa qapanma səbəb olub. Bu dəqiqələrdə yanğın davam edir.

***
AzNews.az-ın əməkdaşının verdiyi məlumata yanğın bu dəqiqələrdə söndürülüb. Məlumata görə, ev 1977-ci il təvəllüdlü Bəhruz Süleymanova məxsus imiş. Ev sahibləri yanğın zamanı Bakı şəhərində olublar. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin Quba rayon şöbəsinin rəis əvəzi Anar Hacibalayev əməkdaşımıza deyib ki, yağın elektirik naqillərinin standartlara uyğun çəkilməməsi ucbatından baş verib.

Hadisə yerində olan əməkdaşımız yanğının heç də iki mərtəbəli evdə baş vermədiyini müşahidə edib. Məlum olub ki, yanğın ikimərtəbəli evin həyətində olan birmərtəbəli binada baş verib. Lakin alovun həmin evə keçməsi təhlükəsi yaranıb. Və 103 xidmətinə də ikimərtəbəli evin sahibləri müraciət ediblər.


Ruhiyyə
AzNews.az