02:13
(077) 610-22-33

Yataqxanada yanğın

  • >
288 18 Mart 2013 13:06 | Hadisə

Gəncədə Xalça Mahud Kombinatına məxsus yataqxanada baş verib




Trend xəbər verir ki, Gəncədə Atatürk prospekti, 197 ünvanda yerləşən Xalça Mahud Kombinatına məxsus yataqxanada yanğın baş verib. Yanğın 5 mərtəbəli tikilinin 1-ci mərtəbəsindən başlayıb.
Yanğının 57 yaşlı Gülxanım Əhməd qızı Şabanovanın mənzilində İran istehsalı olan kiçik həcmli qaz balonundan qazın sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Alov qısa zaman ərzində ümumi sahəsi 18 kvadratmetr olan 2 otaqlı mənzili bürüyüb və daha sonra yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğın Mühafizəsi İdarəsinin 5 yanğınsöndürən maşını çəlb edilib. Yanğın nəticəsində ciddi xəsarət alan olmayıb, yataqxananın yuxarı mərtəbələrində yaşayan 5 sakin yanğınsöndürənlər tərəfindən xilas edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X