Bu gün Neftçala rayonunun Xol Qarabucaq kəndində kənd sakini Zamiq Qafarovun idarə etdiyi otla yüklənmiş "90 MU 443" dövlət nömrə nişanlı “KaMAZ” markalı yük maşını elektrik xəttinə ilişərək alovlanıb. Bu gün Neftçala rayonunun Xol Qarabucaq kəndində kənd sakini Zamiq Qafarovun idarə etdiyi otla yüklənmiş "90 MU 443" dövlət nömrə nişanlı “KaMAZ” markalı yük maşını elektrik xəttinə ilişərək alovlanıb.

Neftçalada “KaMAZ” elektrik xəttinə ilişib külə döndü - Qazın verilişi dayandı

Bu gün Neftçala rayonunun Xol Qarabucaq kəndində kənd sakini Zamiq Qafarovun idarə etdiyi otla yüklənmiş "90 MU 443" dövlət nömrə nişanlı “KaMAZ” markalı yük maşını elektrik xəttinə ilişərək alovlanıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, alov bürüyən yük avtomobili yoldan çıxaraq qaz kəmərinə çırpılıb.

Nəticədə kəndə qaz verilişi dayanıb. Yük avtomobili tamamilə yanıb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və avtomaşını cəlb olunub. Alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.