Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Azərbaycanda vulkan püskürdü - Alovun hündürlüyü 300 metrə çatdı

Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, ilk püskürmə saat 08:53, ikinci püskürmə isə saat 09:58 radələrində baş verib.

Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.

Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.

**
12:06

Səhər saatlarında Azərbaycanda vulkan püskürməsi qeydə alınıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, püskürmə Abşeronda qeydə alınmış palçıq vulkanlardan birində qeydə alınıb.

AzNews.az