Cəbhə xəttində gərginlik davam edir Cəbhə xəttində gərginlik davam edir

Atəşkəs pozulub

Cəbhə xəttində gərginlik davam edir



Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun işğal olunmuş Çaylı, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az