20:07
(077) 610-22-33

Bir əsrə yaxın yaşı olan ev yandı - Şəmkirdə

  • >
117 8 May 2013 07:42 | Hadisə

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evin (1920-ci il inşa olunub, arakəsmə divarları taxta konstruksiyalardan və dam örtüyü qamışdan ibarət) 2 otağının yanar konstruksiyaları, ev əşyaları 45 kv.m və bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin, köməkçi tikilinin qalan hissəsi və sahəsi 195 kv.m olan bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X