23:08
(077) 610-22-33

Gənclər bulvarda yürüş edəcək

  • >
195 9 May 2013 12:24 | Hadisə

"Birləşmə məkanı Azneft dairəsində ucaldılan bayrağın ətrafıdır"




Bu gün saat 19:00-da Azərbaycan Avropa Hərəkatının Hərəkatının təşkilatçılığı ilə Bulvarda yürüş olacaq. Bu barədə AzNews.az-a hərəkatın mətbuat xidmətindən məlumat daxil olub.

Hərəkat bildirir ki, Azərbaycan dünyanın ən öndə olan qitəsinin bir parçasıdır. Bu qitəni öncül edən onun sahib çıxdığı dəyərlərdir. O dəyərlər ki, hər bir insan onları doğuşdan qazanır: "Biz doğuşdan qazandığımız bu dəyərlərə sahib çıxmaqla şəxsiyyət oluruq.
Hər kəsi 9 May, saat 19:00-dan 19:30-dək, bizi şəxsiyyət edən dəyərlər ətrafında birləşməyə çağırırıq. Birləşmə məkanı Azneft dairəsində ucaldılan bayrağın ətrafıdır".

Qeyd edək ki, hərəkat tərəfindən təşkil olunan "Avropa günü düzülüşü!" tədbiri dəyərlərin nümayişindən ibarət olacaq.

Hərəkatın bəyanatında bu bardə deyilir: "Dənizkənarı Millli Park boyunca arxamız sərhədsiz dənizə, üzümüz şəxsiyyət olmağa layiq olan vətəndaşlarımıza, əlimizdə Avropa dəyərləri yazılmış şüarlar tutaraq, çiyin-çiyinə düzülüş təşkil edəcəyik.

Sözümüz əlimizdəki şüarlar, fikrimiz dəyərlərə sadiqlikdir. Bu səbəbdən də səsli şüarlar səsləndirmədən çiyin-çiyinə düzülüşlə sözümüzü və fikrimizi hər kəsə bəyan edəcəyik".

AzNews.az
Bağla X