10:12
(077) 610-22-33

Siyasi partiyalar öz tarixləri haqqında kitab yazdırır

  • >
143 18 May 2013 09:54 | Hadisə

İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədovun siyasi tarixi



Azərbaycanın müstəqilli tarixi özünün siyasi partiyalarını da doğurdu. Hazırda ölkədə 60-dan çox qeydiyyatdan keçmiş partiya olsa da yalnız məhdud sayda təşkilat ölkə siyasi gündəmindədir.

22 ilAzərbaycanın siyasi tarixini formalaşdırılması üçün ilkin period hesab oluna bilər. Lakin siyasi sistemin bir hissəi olan partiyalarımızın yaranma tarixi, fəaliyyəti barədə informasiyalar çox azdır. Araşdırmaçılar və kütləvi oxu üçün vacib oln belə sənədlər həmçinin gələcək tarix üçün də mühümdür.

Bəs Azərbaycanda əaliyyət göstərən partiyalar öz siyasi tarixləri barədə kitabları varmı? Modern.az bir neçə aparıcı partiya arasında məsələ haqqında sorğu aparıb.

"Partiyanın müasir fəaliyyət istiqamətlərini özündə əks etdirən kitablar yazılacaq"

Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı siyasi qurumları haqqındakı bəzi məlumatları xatırlatmaqla tarixə nəzər saldı. "Müsavat partiyasının siyasi tarixi və fəaliyyəti ilə bağlı çoxsaylı kitab yazılıb. Həmin əsərlərin müəlliflərindən Mirzə Bala Məmmədzadə, Cəmil Həsənli, Məryəm Oruclu, Nəsiman Yaqublunu, Şirməmməd Hüseynovu göstərmək olar. Bu kitablar Müsavat partiyasının qədim tarixi haqqındadır. Hesab edirəm ki, Müsavat partiyasının keçmiş və müasir tarixi kifayət qədər tədqiq olunub və bundan sonra da davam edəcək. Gələcəkdə də partiyanın müasir fəaliyyət istiqamətlərini özündə əks etdirən kitablar yazılacaq. Çünki Müsavat Azərbaycanın ən önəmli siyasi partiyalarından biridir. 1992-ci ildə bərpa olunduqdan sonra aparıcı qüvvələrdən biri olaraq Azərbaycanın siyasi sisteminə daxil olub. Yəqin ki, cəmiyyət üçün bizim tarix və fəaliyyətimiz maraqlı olardı. Ona görə də araşdırmaçı alimlər bunu nəzərə alıb yeni-yeni kitablar və əsərlər yazacaqlar. Onu da deyim ki, Müsavat partiyasının tarixi elmi tədqiqatların əsas mövzularından biri olacaq"-deyə mesaj verib.

"AXCP-nin tarixi ilə bağlı ayrıca kitablar nəşr olunacaq"

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, indiki şəraitdə texniki və maliyyə imkanlarının məhdudluğundan kitab çap edə bilməyiblər. "Ölkədə demokratik dəyişikliklər olacağı təqdirdə Azərbaycan xalqının milli azadlığı və demokratiya uğrunda mübarizəsi obyektiv olaraq araşdırılacaq. Bu zaman güman edirəm ki, ayrıca AXCP-nin tarixi ilə bağlı məsələlər öyrəniləcək, ayrıca kitablar nəşr olunacaq. Çünki AXCP təkcə partiya kimi yox, həm də Azərbaycanın müasir tarixinin siyasi təşkilat formasıdır. Xalqımızın siyasi tarixi AXC-yə bağlı olduğu üçün fəaliyyətimiz mütləq tədqiq olunub araşdırılacaq".

"Partiyamızın 20 illik tarixini əks etdirən geniş həcmli bir kitab da yazılır"

AMİP partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyir ki, hazırda yeni kitabın hazırlanması istiqamətində işlər gedir. "Bizim partiya ilə bağlı bir neçə kitab yazılıb. Bunlardan biri partiyamızın 5 illik yubileyi ərəfəsində nəşr olunub. Növbəti dəfə isə 10 illik yubileklə bağlı yazılmışdı. Bu da çox ciddi və maraqlı bir araşdırma idi. Artıq partiyamızın 20 illik tarixini əks etdirən geniş həcmli bir kitab da yazılır. Burada beynəlxalq fəaliyyət, partiyada baş verən proseslər, indiyə qədər mətbuata belə açıq olmayan bəzi məqamlar olacaq. Kitab demək olar ki, redaktə olunub. Biz 2002-ci ilə qədər partiyanın sənədlərini arxivlərə təhvil verirdik. Bizim məqsədimiz odur ki, Azərbaycanda çoxpartiyalı sistemin əsasını qoyan AMİP-in tarixini cəmiyyət bilsin. Kitabın adını isə hələlik demirik. Ancaq hazır olanda kitabın təqdimat mərasimi də olacaq"-deyə vurğulayıb.

"...500 səhifəlik kitabım var"

ADP sədri Sərdar Cəlaloğlu deyib ki, akademiya tələbələri onun kitabından yararlanırlar. "Bununla yanaşı ADP-nin yubileyi ilə bağlı da ayrıca kitab çıxıb. Mənim demokratiyanın tarixi və inkişafı ilə bağlı 500 səhifəlik kitabım var. Orada qiymətli məlumatlar var. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri həmin kitabdan istifadə edirlər".

AzNews.az
Bağla X