19:21
(077) 610-22-33

İslamçıların Zərdab toplantısına polis basqını- ÖZƏL

  • >
446 24 May 2013 09:19 | Hadisə

Taplantını evində təşkil edən şəxsə 15 sutka həbs



AzNews.az-a daxil olan məlumata görə, İslam Partiyasının Zərdab rayonunda keçirdiyi toplantı insidentlə başa çatıb. Belə ki, Zərdab rayonunun Əlvənd kəndində İslam Partiyasının yerli şöbəsinin yaradılması məqsədilə keçirilən iclasa polis müdaxilə edib.

Əldə etdiyimiz informasiyaya görə, iclasda iştirak etmək üçün Zərdaba gələnlər İslam Partiyasının İmişli rayon təşkilatının üzvləri olub. İclas isə Əlvənd kəndində "mantyor" işləyən Mirəliyev Knyaz Qəzənfər oğlunun evində keçirilib. Polis isə qəfildən həmin şəxsin evinə gələrək iclasda iştirak edənləri saxlayıb. K. Mirəliyevin özünün isə 15 sutka həbs cəzası veriləcəyi gözlənilir.

Evində iclasın keçirildiyi bildirilən Knyaz Mirəliyev AzNews.az-a açıqlamasında yayılan xəbərlərlə bağlı bunları söyləyib:

"Mənim evimə əvvəlcədən tanışım olan 3 nəfər gəlib. Yol üstündə bizim evdə qonaq olub, çörək yedilər. Onlarla oturmaq üçün 83 yaşlı qudamı da çağırdım. Günorta saat 2-də də çıxıb gediblər. Onlar sadəcə olaraq, bəzi dini söhbətlər ediblər, vəssalam. 2 saatdan sonra da gediblər".


Azər
AzNews.az

Top xəbərlər
Bağla X