- Köhnə - Hadisə
- 8 İyun 2013 08:25
- 1 931
25 yaşlı oğlan özünü öldürdü - Bakıda
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bünyadov küçəsi, 2578-ci məhəllə, döngə 93 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Fərid Zülfüqar oğlu Quliyev özünü asıb.
Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
AzNews.az