22:38
(077) 610-22-33

“28 May“ metro stansiyasının əsas çıxışı bağlanacaq

  • >
337 10 İyun 2013 13:50 | Hadisə

Bakı Metropoliteninin 2011-15-ci illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində yenidən qurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar iyul ayının 1-dən stansiyanın əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq.




Bakı Metropolitenindən verilən məlumata görə, tikinti müddəti ərzində sərnişinlər metro stansiyasının Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin "Cəfər Cabbarlı" stansiyasının giriş-çıxışından istifadə edə biləcəklər.

"Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir", - deyə nəqliyyat müəssisəsinin rəsmi xəbərində bildirilir.

AzNews.az
Bağla X