04:53
(077) 610-22-33

Sabah hava necə olacaq?

  • >
368 11 İyun 2013 10:50 | Hadisə

Sabah Bakıda havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək.




Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayimləşəcək

Havanın temperaturunun gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində iyunun 12-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
İyunun 11-dən 13-dək respublikanın rayonlarında isti temperature rejimi və yağıntılı hava şəraiti hava payızlıq dənli əkinlərdə məhsul yığımını bir qədər çətunləşdirəcək. lakin Mərekəzi Aran rayonlarında isə dənli bitki məhsullarının və çəyirdəkli meyvələrin yığımı, coxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.

AzNews.az
Bağla X