Məcburi köçkünlər yolu bağladı - Foto

Göyçayın "Şirvanmest" adlanan ərazisində yaşayan məcburi köçkünlər iyulun 17-də avtomobil yolunu bağlayıblar.

Məcburi köçkünlər həmin ərazidə təmir edilən avtomobil yolunun tamamilə asfaltlanmasını, yəni səkilərə də asfalt örtüyünün çəkilməsini tələb ediblər.

Əraziyə yerli icra strukturlarının nümayəndələri gəlib. Onlar söz veriblər ki, tələblər yerinə yetiriləcək.//azadliq.info//

AzNews.az
image description image description