05:57
(077) 610-22-33

Bakıda 40 avtomobil yandı

  • >
484 19 İyun 2013 13:41 | Hadisə

Baş Prokurorluq külli miqdarda pul mənimsəmiş vəzifəli şəxs barəsində məlumat yayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında baş verən yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

Yanan avtomobillərin bəziləri qəza uğramış, digərləri isə saz vəziyyətdə olub.

Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Hadisə barədə FHN də məlumat yayıb. AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb.

Ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.

Əlavə məlumat veriləcək.


***

15:13

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) cərimə meydançasında yanğın baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə BŞDYPİ-nin Nizami rayonunda yerləşən cərimə meydançasında qeydə alınıb.

Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. İlkin məlumata görə, 30-dan çox avtomobil yanaraq yararsız hala düşüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerində xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
image description image description image description image description image description image description
Bağla X