08:51
(077) 610-22-33

Bakıda İsrail səfirliyində insident

  • >
459 1 Noyabr 2013 13:15 | Hadisə

Oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Fərəcli Həsən Bəhlul oğlu İsrailin Bakıdakı səfirliyinə gəlib. Saat 19:30 radələrində İzmir küçəsi 1033-cü məhəllə ünvanındakı səfirlik binasına gələn 31 yaşlı İran vətəndaşı özünü şübhəli apardığı üçün post-partul xidməti əməkdaşının diqqətini cəlb edib.

Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi, Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Mirzəyev Vüsal Ağamalı oğlu həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb.

Daha sonra H.Fərəcli saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəclini 30 sutka həbs cəzasına məhkum edib.

Hazırda H.Fərəclinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.

AzNews.az
Bağla X