18:50
(077) 610-22-33

24 yaşlı qız 4 aydır itkin düşüb

  • >
390 3 Dekabr 2013 17:53 | Hadisə

Azərbaycanda 24 yaşlı qız 4 aydır itkin düşüb.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1989-cu ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş Tünzalə Zahid qızı Rəsulova bu il avqustun 1-də Gəncə şəhəri Məhsəti qəsəbəsindəki yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 1 metr 65 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir.
Evdən gedərkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli köynək, ayağında ağ rəngli ayaqqabı olub.
Tünzalə Rəsulovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 461-11-84 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.


AzNews.az

Bağla X