19:28
(077) 610-22-33

Suriyada döyüşən daha bir azərbaycanlı öldürülüb – Özəl

  • >
328 9 Dekabr 2013 16:42 | Hadisə

Suriyada döyüşən daha bir Azərbaycan vətəndaşı öldürülüb.

AzNews.az-ın məlumatına görə, Bakının Binəqədi rayon, 9-cu mikrorayon sakini Ələkbərov Rüstəm İsa oğlu bir müddət əvvəl döyüşmək üçün Suriyaya gedib.

Müxalif radikal dini qruplaşmaların birinin tərkibində döyüşən R. Ələkbərovun öldürülməsi ilə bağlı xəbər ailə üzvlərinə mərhumun Suriyadakı tanışları tərəfindən çatdırılıb.

Bir neçə gün əvvəl isə ailəsi R. Ələkbərovun yaşadığı məhəllədə ona yas mərasimi verib. Mərhumun nəşi Azərbaycana gətirilməyib və o, Suriyada dəfn olunub.

Xatırladaq ki, Suriya hökuməti BMT Təhlükəsizlik Şurasına Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirərkən öldürülmüş çoxlu sayda əcnəbi vətəndaşın siyahısını təqdim edib. Siyahıda Azərbaycan vətəndaşlarının da adının olduğu bildirilir.

Belə ki, R. Ələkbərov Suriyada gedən döyüşlərdə öldürülən ilk Azərbaycan vətəndaşları deyil. Bu günə qədər 10-a yaxın ölkə vətəndaşı radikal dini qrupların tərkibində Suriyada gedən döyüşlərdə öldürülüb.

Məhəmməd
AzNews.az
Bağla X