23:19
(077) 610-22-33

“İrşad telecom” müştəriləri aldadır - İddia

  • >
951 10 Dekabr 2013 09:11 | Hadisə

Məşhur elektrotexnika mağazasından şikayət var




"İrşad telecom"un müştərilərini aldatdığını iddia edilir.

Oxucu yazır ki, həmin şirkətin satış mərkəzlərində işlənmiş və köhnə noutbuklar müştərilərə yeni adı ilə satılır: "Kompüterin komplektasiyasında yazılmış yerdə malın yeni və ya işlənmiş olduğunu göstərən bölmədə "refurbished" yazılıb. "Refurbished" təkmilləşmiş deməkdir. Lakin mağazalarda həmin mallar yeni kimi təqdim olunur".

Oxucu həmin "refurbished"in nə olduğunu araşdıraraq öyrənib ki, həmin noutbuklar təkmilləşmə prosesinə məruz qalıb. Şirkətin saytından da oxuyub ki, "refurbished" həmin məhsulun xırda xarici və ya daxili təmiri əsasında qurulmuş bərpası deməkdir. Xüsusi bölmədə həmin noutbukların, təkmilləşmiş mallar qanunvericiliyinə əsasən, tam yeni vəziyyətdə olsalar da, yeni məhsul kimi satıla bilmədiyi vurğulanır.

"İrşad Telecom"un "Qara Qarayev" metrostansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkilib, oxucunun iddiası araşdırlıb.

Mağazanın satıcılarından "refurbished" modelli noutbukları göstərərək onların yeni və ya işlənmiş olduğunu soruşulub.

Satıcıların hər biri həmin malın işlənmiş yox, yeni olduğunu söyləyib.

"İrşad Telecom"un İT şöbəsinin müdiri Feliks Abdullayev açıqlamasında bildirib ki, onların mağazalarında "refurbished" modelləri satılır və onların yeni olmadığı mütləq vurğulanır.

Şöbə müdirinin sözlərinə görə, bu barədə şirkətin saytında və mağazalarda məlumat yerləşdirilib.

F.Abdullyev qeyd edib ki, "refurbished" modeli həmişə təmirə məruz qalmış olmur: "ABŞ-da sərgilərə göndərilmiş noutbuklar işlənmiş deyil, amma qutusu açıq olur. O modellər zavoda qayıdır, yoxlanılır, qablaşdırılır və üzərinə "refurbished" vurulur". Şirkət rəsmisi "refurbished" sözünün Azərbaycanca yazılmamasının səbəbini də əsaslandırdı:

""Refurbished" elə bir sözdür ki, onu bir cümlə və ya fikirlə ifadə etmək olmur. Ona görə də həmin model haqda xüsusi bölmədə məlumat yerləşdirilib. Qiymət fərqi haqda dəqiq demək olmaz. 250 manata qədər də fərq olur və bu, modeldən asılır".

Mağazanın satıcılarının "refurbished" modelinin yeni kimi təqdim etmələrinə münasibət bildirən F.Abdullayev deyib ki, həmin mağazanın inzibatçısı ilə danışıb məsələyə aydınlıq gətiriləcək: ""Refurbished"ə yeni demək olmaz, ancaq həmin mal işlənməmiş də ola bilər. Bizim alıcılar çox şeyi, zəmanət şərtlərini, müqaviləni oxumadan imza atırlar. Sonra deyirlər, aldadırsınız. Rəhbərliyə çatdıracam ki, mazağada satıcılar müştərini düzgün məlumatlandırmayıblar".(milli.az)
Bağla X