02:21
(077) 610-22-33

Elçin Əlibəylinin dələduzluğuna ANS-dən reaksiya

  • >
270 11 Dekabr 2013 12:26 | Hadisə

"Elçin Əlibəylinin dələduzluqda ittiham olunduğu reklam məsələsi ilə ANS televiziyasının heç bir aidiyyəti yoxdur".


Bunu AzNews.az-a ANS Şirkətlər Qrupunun İctimai Əlaqələr üzrə baş müşaviri Mais Məmmədov deyib.

Onun sözlərinə görə, ANS Şirkətlər Qrupunda reklam şöbəsi var və reklam məsələləri ilə yalnız həmin şöbənin əməkdaşları məşğul olur.

Məsələylə bağlı ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayevin də münasibətini öyrənmək istədik. O isə danışmaq istəmədi: "Mən xəstəxanadayam".

Xatırladaq ki, ANS-in "Açıq Söhbət" verilişinin aparıcısı Elçin Əlibəyli dələduzluqda ittiham olunur.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, tibbi klinikalardan birini televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib.

Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb.

Bahar Rüstəmli
AzNews.az
Bağla X