08:29
(077) 610-22-33

Gəmi kapitanı itkin düşdü

  • >
422 13 Avqust 2012 08:27 | Hadisə

Hələlik Fəxrəddin Əkbərovu tapmaq mümkün olmayıb, axtarışlar davam edir


Xəzərin Azərbaycan sektorunda gəmi kapitanı itkin düşüb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Hadisə dünən "Bahar" neft yatağı yaxınlığında baş verib.


Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb. Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik onu tapmaq mümkün olmayıb. Hazırda kapitanın tapılması istiqamətində axtarışlar davam etdirilir.


AzNews.az

Bağla X