02:19
(077) 610-22-33

Hərbçilər qəzaya düşdü, yaralananlar var

  • >
364 3 Yanvar 2014 15:25 | Hadisə

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

"Daewoo" markalı, 10 VZ 725 dövlət nömrə nişanlı avtomobil gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində Şəhriyar kəndi ərazisində qəzaya uğrayıb. Sürətlə hərəkətdə olan avtomobil sərt döngədə yoldan çıxaraq aşıb.

Nəticədə sürücü - 1993-cü il təvəllüdlü Məmmədov Abbas Əlmirzə oğlu və sərnişinlər - Sumqayıt sakini, 1990-cı il təvəllüdlü Nuriyev Azər Akif oğlu və 1981-ci il təvəllüdlü Mirzəyev Elxan ağır bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Avtomobildə olan hər üç şəxs Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçulardır.

Yaralılar DİN-in Bakıdakı hərbi hospitalına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa)

Bağla X