İki maşın toqquşdu - bir ölü, bir yaralı

AzNews.az xəbər verir ki, Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən məlumata görə, Şəkidə "VAZ" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birində yanğın baş verib.

Maşınlardan birinin sürücüsü 1955-ci il təvəllüdlü Mustafayev Bəşarət Mustafa oğlu isə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, digər sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər digər avtomobili yanğından mühafizə ediblər.


AzNews.az